“Sağlam gələcək möhkəm ailə təməli üzərində dayanır” adlı tədbir keçirilib
05 iyul 2024-cü il tarixdə Qəbələ rayon Tarix –Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na əsasən “Sağlam gələcək möhkəm ailə təməli üzərində dayanır” adlı tədbir keçirilib. Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2025-ci illər üçün Strategiyasının əsasında uşaq hüquqları sahəsində mövcud hüquqi bazanın təkmilləşdirilməsi, uşaqların müdafiəsinin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyinin göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, uşaqların sağlam mühitdə böyüməsi və tərbiyəsi haqqında danışılmış, uşaq siyasətinin dövlətin prioritetlərindən biri olduğu vurğulanmışdır. Həmçinin qeyd edilmişdir ki, hazırda uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması, keyfiyyətli təhsillə və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlət tərəfindən qanuni mexanizmlərlə tənzimlənir. Sonda mövzu ilə əlaqədar video-çarx nümayiş etdirilmişdir.