“Sağlam həyat tərzi” mövzusunda görüş keçirilib
15 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Təhsil sektorunun birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" dövlət proqramının 3.3.7.1. bəndinə əsasən Vəndam qəsəbə 2 saylı tam orta məktəbdə “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər ailə sağlamlığının yaxşılaşdırılması istiqamətində son illər ölkəmizdə görülən işlərdən, qəbul edilən qanunlardan və Dövlət Proqramlarından danışıb, yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə, zərərli vərdişlərdən uzaq durmağa çağırıb.Daha sonra mövzu ilə əlaqədar nümayiş etdirilən videoçarx ətraflında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və maarifləndirici bukletlər paylanılıb.