Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Sağlam həyat tərzi və Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici görüş keçirilib

22 noyabr 2023 | 13:50

21 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Zirik kəndində “Sağlam həyat tərzi və Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici görüş keçirilib.Qəbələ RİH başçısı yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun  üzvlərinin və yuxarı sinif şagirdlərinin  iştirak etdiyi görüşdə çıxış edənlər sağlam həyat tərzinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülən işlərdən, insan sağlamlığına təsir edən amillərdən və xəstəliklərin profilaktikasindan, erkən nikahların fəsadlarından danışaraq yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə, zərərli vərdişlərdən uzaq durmağa çağırmışlar. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və mövzu ilə əlaqədar marifləndirici materiallar paylanılmışdır.

Keçidlər