“Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması” mövzusunda dəyirmi masa keçirilmişdir
12 iyul 2024-cü il tarixdə “Hüqiqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı, Azərbayan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması” mövzusunda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilmişir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin Sosial – iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Ramil Qəribov dövlət tərəfindən sahibkarlar üçün yaradılan şəraitdən, yeni iş yerlərinin açılmasından və bazar münasibətlərinin ədalətli şəkildə formalaşmasından danışmış, 01 iyul 2024-cü ildə qüvvəyə minmiş “Azərbaycan Respublikası Rəqabət Məcəlləsi”nin əhəmiyyətini qeyd etmişdir. "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin eksperti hüquqşünas Aydın Kərimov “Rəqabət Məcəlləsi”nin qəbulu iqtisadi sahədə yeni münasibətlərin formalaşmasına stimul verəcəyini bildirmiş, məcəllənin məzmununu, rəqabətli bazarın formalaşması üçün dövlətin apardığı siyasəti izah etmişdir. Sahibkarlar öz çıxışlarında dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. Sonda iştirakçıların sualları cavablandırılmış, Məcəllənin tətbiqi mexanizmi ilə bağlı sorğu keçirilmişdir.