"Şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb" adlı tədbir keçirilib
22 oktyabr 2024-cü il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində "Şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb" adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun döyüş meydanında qazandığı tarixi Qələbədən, xalqımızın birliyi və şücaətindən bəhs edilib, 44 günlük müharibənin Azərbaycanın bütövlüyünün bərpasına gedən yolun başlanğıcı olduğu diqqətə çatdırılıb. Qələbəni təmin edən əsas amillərdən birinin tarixin böyük sınağından uğurla çıxan xalq-dövlət-ordu birliyinin olduğu vurğulanıb. Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, kompozisiyalar ifa olunub.