Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Şanlı Zəfərin başlanğıcı” adlı görüş keçirilib

04 aprel 2023 | 17:04

4 aprel tarixdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Vəndam qəsəbə 2 saylı tam orta məktəbdə aprel döyüşləri şəhidi Sahil Həsrət oğlu Şirinovun valideyinlərinin, qazilərin, müharibə iştirakçılarının, RİH-nin və Qəbələ Təhsil sektorunun əməkdaşlarının, şagirdlərin iştirakı ilə “Şanlı Zəfərin başlanğıcı” adlı görüş keçirilib. Görüş Azərbaycan Respublikasının  Dövlət Himninin səslənməsi ilə başlayıb. Torpaq uğrunda canından keçən şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Görüşdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 hektardan çox torpağımızı işğalçılardan  azad edilərək, Azərbaycan Ordusunun tam nəzarətinə keçməsindən, uzun illərdən sonra qəhrəman döyüşçülərimizin xalqımıza yaşatdığı qələbə sevincindən danışıblar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər