"Şəffaf cəmiyyət, etibarlı gələcək" adlı maarifləndirici tədbir keçirilib.
26 noyabr 2026 | 10:56
Qəbələ Rayon Mədəniyyət Mərkəzində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində "Şəffaf cəmiyyət, etibarlı gələcək" adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər korrupsiyaya qarşı hərtərəfli mübarizə, hüquqpozmalara yol verilməməsi, vətəndaşların hüquqlarının müdafiəsi, sosial ədalətin bərqərar olması, dövlətimizin korrupsiyaya qarşı mübarizəsi, qanunun şəffaflığının qorunması, bu mövzuda səmərəliliyin təmin edilməsi və möhkəmləndirilməsində ümumi mübarizə yolları haqqında ətraflı məlumat vermişlər. Tədbirdə mövzu ilə əlaqədar video material nümayiş olunmuş, iştirakçıların sualları cavablandırılmışdır.













