“Şəhərsalma və Memarlıq ili” çərcivəsində Qəbələdə mütəmadi ümumrayon iməciliyi keçirilir
15 oktyabr 2026 | 15:57
Qəbələ rayonunda “Şəhərsalma və Memarlıq ili” çərcivəsində növbəti ümumrayon iməciliyi keçirilmişdir. İməcilik zamanı magistral yollar, prospekt və küçələr təmizlənərək yuyulmuş, ağaclar budanmış, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənərək daşınmışdır. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisələrin kollektivləri, sahibkarlar və rayon könüllüləri iştirak etmişlər.













