“Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirilib
12 mart 2026-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndələrinin təşəbbüsü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqil dövlət quruculuğu və ölkəmizin hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi tarixi xidmətlərdən geniş bəhs edilmiş, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttinin bu gün uğurla davam etdirildiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin aparıldığı qeyd edilmişdir. Diskusiya şəklində davam edən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılmışdır.













