Şəhid ailələri daim diqqət mərkəzindədir
07 iyul 2022 | 08:49
6 iyul 2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və hüquq-mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsində şəhid olmuş Bəhruz Abışovun ailəsini evində ziyarət etmiş və problemləri ilə maraqlanmışlar. Görüş zamanı şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.