Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid Əsəd Zeynallının doğum günü münasibətilə xatirəsi anılmışdır

12 avqust 2022 | 15:28

12 avqust 2022-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhadətə yüksələn Zeynallı Əsəd Ərzuman oğlunun doğum günü münasibətilə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri və təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət etmişlər. Şəhidin məzarı üzərinə gül dəstələri qoyularaq xatirəsi sonsuz ehtiramla anılmış və ruhuna dualar oxunmuşdur. Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə şəhidin valideynləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər