Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Şəhidlər unudulmur" adlı tədbir keçirilib

16 oktyabr 2024 | 14:06

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə  "Şəhidlər unudulmur" adlı tədbir keçirilib. Tədbirdə İkinci Qarabağ Müharibəsində Azərbaycanın  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızın göstərdiyi qəhrəmanlıqlardan və xalqımızın dəmir yumruq kimi sıx birləşərək vahid bir amal uğrunda düşmənə qarşı apardığı mübarizədən bəhs edilib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Qələbə qazanaraq şəhidlərimizin qisasını düşməndən layiqincə alıb. Tədbir çərçivəsində şagirdlərin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilmiş, Qəbələ şəhidlərinin həyat və döyüş yolundan bəhs edən video-materiala baxış keçirilmişdir.

Keçidlər