Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhidlərinin xatirəsinə həsr edilən “Missiya” qısametrajlı bədii film nümayiş etdirilib

22 sentyabr 2023 | 17:41

22 sentyabr 2023-cü il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində “Şəhid analarına dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfərin şahinləri – şəhidlər qonaq gəlib” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən “Missiya” qısametrajlı bədii filmin təqdimat mərasimi keçirilib. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailələrinin, qazilər və müharibə iştirakçılarının, rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmiş, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışmış, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarının bildirmişlər. Sonda “Missiya” filmi nümayiş etdirilmişdir.

Keçidlər