Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“Səməd Vurğunun ədəbi dünyası”  adlı tədbir keçirilib  

08 iyul 2026 | 17:15

08 iyul 2026-cı il tarixində Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə görkəmli şair Səməd Vurğunun 120 illiyi ilə əlaqədar  “Səməd Vurğunun ədəbi dünyası” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər Səməd Vurğunun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkar kimi ədəbiyyat tarixində özünəməxsus möhür vurduğunu bildirmiş, şairin  çoxşaxəli fəaliyyətinin əsas qayəsinin azərbaycançılıq ideologiyası, odlar diyarına  əbədi məhəbbət , vətənpərvərlik və əsl insani keyfiyyətlərin daşıyıcısı olmasını xüsusi ilə vurğulamışlar. Sonda tədbirdə şairin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Keçidlər