“Sosial elmlərdə yaşıl dünya məsələsi: yaşıl cəmiyyətlərin qurulması” mövzusunda dəyirmi masa keçirilib
14 mart 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sosial elmlərdə yaşıl dünya məsələsi: yaşıl cəmiyyətlərin qurulması” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbırliyi və mühəndis-pedoqoji heyəti iştirak ediblər. Çıxış edənlər Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsindən, həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılmasından və bu kimi tədbirlərin keçirilməsinin önəmindən danışıblar. Mərkəzin ixtisas fənn müəllimləri tərəfindən hazırlanmış “Yaşıl enerji texnologiyaları” və “Yaşıl turizm” mövzusunda təqdimatlar nümayiş olunmuş, fikirlər səslənilmiş və mövzu ətrafında müzakirələr aparılmışdır.