Stolüstü tennis yarışlarının qalibləri müəyyənləşib
29 sentyabr 2025 | 17:26
III MDB Oyunları çərçivəsində Qəbələ Olimpiya Kompleksində keçirilən stolüstü tennis yarışlarına yekun vurulub. Rusiya komandası bu idman növündə 10 medal (9 qızıl, 1 gümüş) qazanaraq birinci olub. 6 gümüş, 3 bürünc medal qazanan Azərbaycan idmançıları ikinci, 1 gümüş, 6 bürünc medalla Belarus isə üçüncü yerə layiq görülüb. Özbəkistan dördüncü, Qazaxıstan isə beşinci yeri tutub. Sonda qaliblərə mükafatlar təqdim edilib.













