Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi” adlı seminar keçirilmişdir

24 may 2023 | 12:30

24 may 2023-cü il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda seminar keçirilmişdir. Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Su Ehtiyyatları Agentliyinin, “Azmelsutəsərrüfat” ASC-nin, “Azərsu” ASC-nin əməkdaşları, Qəbələ RİH-nin, eləcə də əlaqədar təşkilatların yerli idarələrinin nümayəndələrinin və Bələdiyyə sədrlərinin iştirak etdiyi seminar məişətdə və kənd təsərrüfatında sudan səmərəli istifadənin təbliği və bu yönümdə maarifləndirmə işlərinin daha da gücləndirilməsi məqsədi ilə təşkil edilmişdir.

Keçidlər