“Süni intellekt anlayışı və iş prosesində tətbiqi, müasir texnologiyaların əhəmiyyəti” mövzusunda təlim keçirilib
23 noyabr 2026-cı il tarixdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə süni intellekt anlayışı, onun gündəlik həyatımızda və iş prosesində tətbiqi və müasir texnologiyaların əhəmiyyəti mövzusunda təlim keçirilmişdir. Təlimin təşkilinin əsas məqsədi təhsildən kənarda qalmış qadınların texnoloji bilik və bacarıqlarının artırılması, onların peşə vərdişlərinə yiyələnməsi və gələcəkdə özünüməşğulluq imkanlarının genişləndirilməsinə dəstək göstərilməsidir. Tədbirdə çıxış edənlər süni intellekt anlayışı, onun gündəlik həyatımızda və iş prosesində tətbiqi, eləcə də müasir texnologiyaların əhəmiyyəti, kompüterdən istifadə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin texnologiyadan düzgün, səmərəli və təhlükəsiz istifadə qaydaları, rəqəmsal bacarıqların şəxsi inkişafda, təhsil və əmək fəaliyyətində yaratdığı imkanlar barədə ətraflı danışıb. Sonda tədbir iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.













