“Şuşa fatehləri” adlı tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar 17 iyun tarixində Qəbələ Dövlət Rəsm Qalereyası tərəfindən “Şuşa fatehləri” adlı tədbir keçirilmişdir. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan həmyerlilərimizin ailə üzvlərinin, rayonun və Şuşa rayon 24 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə II Qarabağ Müharibəsi haqqında geniş məlumat verilmiş, Şuşa uğrunda döyüşlərdə şəhid olmuş Bəhruz Abuşov, Aqşin Ənvərli, Fariz Rəhimov, Rüstəm Atakişiyev, Mikayıl Əhmədov və Vüqar Səmədlinin döyüş yolundan söhbət açılmışdır. Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya səsləndirilmiş, Şuşa şəhidləri haqqında hazırlanmış videoçarx nümayiş olunmuşdur. Sonda Vətən müharibəsi şəhidlərinin fotoşəkillərindən ibarət sərgiyə baxış keçirilmişdir.