Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar tədbir keçirilib

18 may 2024 | 11:10

17 May 2024-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Şuşa rayon 24 saylı ümumi orta məktəbin birgə təşkilatçılığı ilə Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar "Şuşa - Azərbaycanın tarixi mədəniyyət mərkəzi" adlı tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Kəmalə Qasımova açaraq bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və bu, İslam dünyasının həmrəyliyinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır. Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımızın mədəni irsinin qorunmasına və mədəniyyətimizin beşiyi Şuşaya xüsusi önəm verdiyini, bu gün bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etmişlər. Tədbirdə Şuşanın tarixi, mədəniyyəti, elm və incəsənət xadimləri haqqında geniş məlumat verilmişdir. Sonda şagirdlərin ifasında şeir kompozisiyaları səsləndirilmiş, mövzu ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Keçidlər