“Tarixi Zəfərin təməlində dayanan güclü ordu quruculuğu” adlı tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ Rayon Təşkilatının və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş “Tarixi Zəfərin təməlində dayanan güclü ordu quruculuğu” adlı tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatların bu gün güclü Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynadığını qeyd etmiş, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin xalqımızın qürur mənbəyi olduğunu vurğulamış, Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan, dövlətimizin müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs etmiş, ordumuzun qazandığı uğurların hər bir azərbaycanlının qürur mənbəyi olduğunu qeyd etmişlər. Sonda 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.













