"Tariximizin bələdçisi abidələrimiz" adlı tədbir keçirilib.
18 aprel 2025- çi il tarixində Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar elan edilmiş "Açıq qapı" günündə "Tariximizin bələdçisi abidələrimiz" adlı tədbir keçirilib. Tədbir iştirakçılarına muzeyin fondunda mühafizə olunan elmi-arxeoloji qazıntılar nəticəsində əldə edilən eksponatlar və muzeyin açıq səma altında sərgilənən daş abidələrdən ibarət tarixi -memarlıq nümunələri haqqında geniş məlumatlar verilmiş, iştirakçılara rayonun tarixi-memarlıq abidələri və muzeyin ekspozisiyasını əks etdirən bukletlər təqdim olunmuşdur. Dəyirmi masa ətrafında davam edən tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biri olaraq yaşı minillikləri əhatə edən tarixi -memarlıq abidələri ilə zəngindir və dövlətimizin qayğı-diqqəti sayəsində qədim tarixə malik abidələrin tədqiqi, mühafizəsi, bərpası və mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Sonda mövzu ilə bağlı video material nümayiş olunub.