"Tarixin yenidən doğulduğu gün" adlı tədbir keçirilib.
7 may 2026-cı il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şəhər 2 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Tarixin yenidən doğulduğu gün" adlı tədbir keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin ictimai-siyasi sabitliyinin təmin olunması, sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunması və gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki misilsiz xidmətlərindən geniş bəhs ediblər. Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, məktəblilərin ifasında şeir və musiqi kompozisiyaları səsləndirilib.













