Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Təhsil müəssisələrində 15 iyun “Milli Qurtuluş Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib

13 iyun 2025 | 15:39

Qəbələ rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində “Milli Qurtuluş Günü” ilə əlaqədar silsilə tədbirlər -  mühazirələr, dəyirmi masalar keçirilib, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, fotostendlər təşkil edilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin hər zaman qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olduğunu bildirmiş, Ulu Öndərin ideyalarının Zəfər tariximizə işıq saldığını, işğaldan azad edilən torpaqlarımızda gedən böyük quruculuq işlərinə töhfə verən gənclərin yetişdirilməsi işində Azərbaycan təhsilinin, müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd etmişlər. Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmiş, ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər.

Keçidlər