“Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib
19 fevral 2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 noyabr 2020-ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.5.1-ci bəndi “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, təhsil sektorunun nümayəndələrinin, məktəbin müəllimləri, şagirdləri və valideynlərin iştirak etdiyi tədbirdə təhsildən yayınma hallarına gətirib çıxaran səbəblər, təhsildən yayınan uşaqların yenidən təhsilə cəlb edilməsi və asudə vaxtın təşkili ilə bağlı məsələlər ətrafında müzakirələr aparılmışdır. Tədbir diskussiya şəklində davam etmişdir.