Tələbələr Almaniyada təcrübə proqramında iştirak hüququ qazanıblar
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində kənd təsərrüfatı üzrə təhsil alan bir qrup tələbəsi Alman Əmanət Bankının Maliyyə Qrupunun nümayəndələri tərəfindən keçirilən onlayn müsahibəni mərhələsini uğurla keçmiş və Almaniyada 8 aylıq Təcrübə Proqramında iştirak hüququ qazanmışdır. Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin koordinasiyası ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olmuş, Alman Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri tərəfindən seçilmiş tələbələrə “Fermer biznes oyunu” və “Təsərrüfatın davamlı İdarəedilməsi” adlı təlimlər keçirilmişdir. Həmin tələbələr alman dilinin mənimsənilməsi üçün keçirilən onlayn təlimlərdə də iştirak etmişlər. Tələbələrimizi bu uğurları münasibətilə təbrik edirik!