Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Tələbələr Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda istehsalat təcrübəsində olublar

03 iyun 2025 | 14:49

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzində istehsalat təcrübəsində olublar. Təcrübədə fakültənin 130-dək dördüncü kurs tələbəsi iştirak edib. Tələbələr Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarında nümayiş olunan tarixi eksponatlarla, mərkəzin arxeoloji ərazilərində aparılan qazıntılarla tanış olmuş, onlara bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, aşkar olunan tarixi tapıntılar barədə ətraflı məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər