Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

 “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirilib.

26 sentyabr 2025 | 17:43

26 sentyabr 2025-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirilib. Şəhid ailələrinin, müharibə iştirakçılarının, mədəniyyət işçilərinin və məktəblilərin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib və vətən uğrunda canından keçən şəhidlərin xatirəsi yad olunub. Çıxışlarda  tarix boyu xalqımıza ağrı-acı yaşadan düşmənimizin işğalçılıq siyasəti, torpaqlarımıza qarşı iddiaları və xalqımızın verdiyi itkilər haqqında məlumat verilmiş, İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi zəfər barədə danışmışar. Şəhid valideyinləri, qazilər  çıxış edərək öz duyğularını, xatirələrini və müharibə haqqında təəssüratlarını bölüşərək, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmişlər. Tədbirdə məktəblilərin ifasında şeir kompozisiyası səsləndirilmiş, Vətən müharibəsində qazanılmış qələbəyə  həsr olunmuş videoçarx nümayiş etdirilmiş və rəsm əsərlərindən, kitablardan ibarət sərgiyə baxış keçirilmişdir.

Keçidlər