“Torpaqların konsolidasiyası mexanizminin yaradılması və Qəbələ rayonunun pilot layihə olaraq tətbiq edilməsi” mövzusunda müşavirə keçirilmişdir
22 iyul 2026-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində “Torpaqların konsolidasiyası mexanizminin yaradılması və Qəbələ rayonunun pilot layihə olaraq tətbiq edilməsi” mövzusunda müşavirə keçirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Su İşləri İdarəsinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ SMSİİ-nin, Qəbələ DAİM -in, ƏMDX Qəbələ ərazi şöbəsinin, Qəbələ Sudan İstifadəedənlər Birliyinin əməkdaşlarının, pilot layihə ərazilərinə düşən kəndlərin İƏD üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin, o cümlədən Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi haqqında danışılmış, pilot layihələrin həyata keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə edilmiş, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, habelə ölkəmizdə torpaqların konsolidasiyası mexanizminin tətbiqi istiqamətində hüquqi, institusional və texniki məsələlər nəzərdən keçirilmişdir.













