“Tovuz döyüşləri” nin ikinci ildönümü münasibətilə tədbirlər keçirilmişdir
Bu gün Qəbələ rayonunun Vəndam qəsəbə 1 və 2 saylı tam orta məktəblərində Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilmişdir. Tədbirlərdə Dövlət Himni səsləndirilmiş, torpaqlarımız uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər qeyd etmişlər ki, 2020-ci il iyul ayında Erməni silahlı qüvvələrinin təcavüzünə cavab olaraq başlanılmış Tovuz döyüşləri xalqımızın, eləcə də ordumuzun hər bir əsgər və zabitinin Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha sıx birləşməsinə zəmin yaratmışdır. Bu döyüşlərdə qazanılan qələbədən sonra təcavüzkar erməni birləşmələrini hər an acı məğlubiyyətə düçar etməyə qadir olan güclü bir ordumuzun olduğuna xalqımızın inamı daha da artdı. Bunu 44 günlük müharibədə qazanılan qalibiyyət bir daha sübut etdi. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, digər zabit və əsgərlər haqqında video-çarx nümayiş etdirilmiş, şagirdlər şəhidlərimizə həsr olunmuş şeir və mahnılar ifa etmişlər.