Ulu öndər Heydər Əiyevin xatirəsi anılıb
Bu gün Qəbələ rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qəbələ RMX PHŞ-nın direktoru Sabir Bayramov çıxış edərək ümummilli liderin xatirəsinin hər zaman əziz tutulduğunu, onun Azərbaycan tarixindəki xilaskarlıq missiyasının təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin daim xalqın,dövlətin,cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etdiyini, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışdığını, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın sosial rifahının daha da yaxşılaşdırılması üçün tarixi işlər gördüyünü qeyd etmişlər.