“Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib.
23 aprel 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev konstitusiyamızın memarıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Konstitusiyasının müstəqil dövlətçiliyimizin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşmış fundamental bir sənəd olduğunu vurğulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamıza uyğun şəkildə dövlətimizin tam suverenliyinin təmininə xidmət etdiyini qeyd etmişlər. Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.