Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib

12 noyabr 2025 | 14:56

12 noyabr 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi və MKS-nin şəhər 2 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Konstitusiya Günü ilə əlaqədar "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib. Şəhər 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin də iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının dövlət müstəqilliyimizin möhkəmlənməsində, hüquqi-demokratik dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinin qurulmasında oynadığı mühüm roldan danışmışlar.

Keçidlər