“Ulu Öndər Heydər Əliyev və Azərbaycan təhsili” adlı tədbir keçirilib
07 may 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatı və Qəbələ Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Ümummilli Lider Heydər Əliyevin milli təhsil sisteminin inkişafında rolunu özündə əks etdirən videoçarx nümayiş olunmuşdur. Tədbirdə çıxış edənlər dahi şəxsiyyətin istər sovet dönəmində, istərsə də müstəqillik dövründə ölkəmizdə elm, təhsil və mədəniyyətin inkişafında göstərdiyi xidmətlər barədə ətraflı danışılmlş, qeyd olunumuşdur ki, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən digər sahələrlə yanaşı milli təhsilimizin də inkişafı, beynəlxalq aləmə inteqrasiyası daha da sürətlənmişdir. Tədbirin gedişində şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səslənmişdir. Sonda Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliğində fəal iştiraklarına görə bir qrup təhsil işçisi Fəxri Fərman və xatirə hədiyyələri ilə təltif edilmiş, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.