Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş voleybol yarışı keçirilib

07 may 2025 | 17:31

Qəbələ rayon təhsil sektorunun təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qəbələ rayon komitəsinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş rayon təhsil işçilərinin qadınlardan ibarət  komandaları arasında voleybol yarışı keçirilib. Yarış Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ümumilikdə 6 komandanın iştirak etdiyi idman yarışının yekun nəticəsinə əsasən, Nicat Apayev adına 4 nömrəli tam orta məktəbin komandası birinci yerə, Vahid Qəhramanov adına 1 nömrəli tam orta məktəbin komandası ikinci yerə, Zarağan kənd 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalara kubok və  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qəbələ rayon komitəsi tərəfindən fəxri fərmanlar təqdim edilib.

Keçidlər