Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Qəbələ şəhər Şirvan Bulqədirov adına 5 nömrəli tam orta məktəbdə Azərbaycan dövlətinin qurucusu və memarı olan Umummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndərin və bütün şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Ümummilli Liderin Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşməsində, milli tolerantlıq mənəvi və əxlaqi dəyərlərimizin, multikulturalizm ənənələrinin qorunub saxlanmasında böyük xidmətləri olduğunu bildirmiş, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan bəhs etmişlər. Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səslənmiş, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş edilmişdir.