Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Heydər Əliyev - Vətənə, xalqa həsr edilən ömür" adlı tədbir keçirilib
05 dekabr 2024 | 16:01
05 dekabr 2024-cü il tarixində Ulu Öndərin anım günü ilə əlaqədar "Heydər Əliyev - Vətənə, xalqa həsr edilən ömür" adlı tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Ümummili Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən, Dahi Öndərin müəyyən etdiyi dövlət inkişafı kursunu uğurla davam etdirən Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətlərdən bəhs etmişlər. Sonda Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyətinə dair "Heydər Əliyev - Vətənə, xalqa həsr edilən ömür" adlı sənədli film nümayiş olunub.