Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Ulu Öndər Heydər Əliyevin uğurlu iqtisadiyyat strategiyası-Əsrin müqaviləsi" adlı tədbir keçirilib

18 sentyabr 2025 | 08:22

Qəbələ rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin sentyabr tarixində dünyanın Neft şirkətləri ilə bağlanmış "Əsrin müqaviləsi"nin 31 illiyinə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin uğurlu iqtisadiyyat strategiyası-Əsrin müqaviləsi" adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın iqtisadi inkişafında, neft strategiyasının formalaşmasında və ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində müstəsna rolunu vurğulamış, bu müqavilənin Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirərək ölkəmizin sosial-iqtisadi tərəqqisinin etibarlı zəminini yaratdığı qeyd etmişlər. Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunmuşdur.

Keçidlər