Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Ulu Öndər və Novruz irsimiz" adlı tədbir keçirilib

17 mart 2026 | 16:58

17 mart 2026-cı il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şəhər 2 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə "Ulu Öndər və Novruz irsimiz" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər Novruz bayramının tarixi, onun milli kimliyimizdəki rolu və xalqımızın mədəni irsində tutduğu mühüm yer barədə ətraflı məlumat verərək, tədbirin keçirilməsində əsas məqsədin xalqımızın zəngin milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunması və gənc nəslə aşılanması olduğunu diqqətə çatdırmışlar. Tədbir çərçivəsində iştirakçılar arasında Novruz bayramına dair viktorina keçirilib, məktəblilərin ifasında Novruza həsr olunmuş bayatılar səsləndirilib, milli rəqslər və musiqi nömrələri təqdim olunub.

Keçidlər