“Ulu Öndərin izi ilə” adlı tədbir keçirilib
22 may 2024-cü il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Qəbələ rayon üzrə nümayəndələri və fəallarının təşəbbüsü, ilə Heydər Əliyev Mərkəzində “Ulu Öndərin izi ilə” adlı tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak etmişdir. İştirakçılar öncə Ümummilli Liderimiz Heydər Əliyevin ömür yolunu əks etdirən eksponatlarla tanış olmuşlar. Tədbirdə komissiyanın məsul katibi Pərvin Məmmədov çıxış edərək Azərbaycanda uşaqların sağlam, firavan böyüməsinin, onların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xidmət edən dövlət siyasətinin məhz Ulu öndər tərəfindən qoyulduğunu və bu ənənənin bu gün də ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsinin daima diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. Sonda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.