Ümumi təhsil müəssisələrində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib
Qəbələ rayonunun ümumi təhsil müəssisələrində 18 oktyabr müstəqilliyin bərpasının 33-cü ildönümünə həsr olunan müxtəlif səpgili tədbirlər təşkil edilib. Məktəblərdə bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, “Müstəqilliyə aparan yol”, “Müstəqilliyimiz əbədidir”, “Müstəqilliyimiz milli sərvətimizdir!” adlı mühazirə və dəyirmi masalar keçirilib. Tədbirlərdə 18 oktyabr tarixinin Azərbaycanın ən şərəfli səhifələrindən biri olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Tədbirlərdə şagirdlərin ifasında şeirlər, ədəbi və bədii kompazisiyalar səslənmiş, müstəqillik tariximizdən bəhs edən videoçarx nümayiş olunmuşdur.