Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümumi təhsil  və məktəbəqədər təhsil müəssisələrində Novruz bayramı təntənəli şəkildə qeyd edilib

18 mart 2024 | 16:28

Qəbələ rayonunun ümumi təhsil  və məktəbəqədər təhsil  müəssisələrində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib. Məktəblərin pedaqoji kollektivi və şagirdlərin iştirak etdiyi tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti, Novruzun rəmzləri haqqında şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, varlığın yenidən canlanmasını müjdələyən Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır. Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb, şagirdlərin ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən maraqlı səhnəciklər nümayiş olunub, milli rəqslərimiz, şən mahnılar təqdim edilib. Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirlərə rəngarənglik qatıb. Məktəblilər bayram tonqalının  ətrafında yallı gediblər.

Keçidlər