Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Sən elə bir zirvəsən” adlı bədii qiraət müsabiqəsi keçirilib

01 mart 2023 | 14:50

Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Sən elə bir zirvəsən” adlı bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsinə, demokratik hüquqi dövlətin qurulmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini gənclərə aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir. Müsabiqədə müxtəlif yaş qurupları üzrə 23 uşaq iştirak edib. İsmayıl bəy Qutqaşınlı adına Xalq teatrının üzvlərindən ibarət münsiflər heyətinin on ballıq səsverməsinə əsasən I yerə Abdurahmanova Gülnar Ülvi qızı, II yerə Musalı Aydan Elşad qızı, III yerə Abdurahmanova Ayla Ruslan qızı layiq görülüb. Qaliblər Mədəniyyət Mərkəzi tərəfindən Fəxri Fərmanla təltif olunub.

Keçidlər