Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümumilli Lider Heydər Əliyevin adanadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

05 may 2022 | 10:53

05.05.2022-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə Qəbələ UADM-nin və Heydər Əliyev Mərkəzinin əməkdaşları, mərkəzin könüllüləri və 1 saylı tam orta məktəbin şagirdləri iştirak edib. Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül qoyaraq xatirəsini anmışlar. Daha sonra tədbir Qəbələ Heydər Əliyev Mərkəzində davam etmişdir. Çıxış edənlər Ümummilli Liderin Azərbaycan xalqı üçün göstərdiyi əvəzedilməz xidmətlərdən danışıb, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətçinin təməlini qoyduğu yolu uğurla davam etdirdiyini qeyd etmişlər. Sonda ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Keçidlər