Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş konsert verilmişdir

08 may 2024 | 18:11

08.05.2024-cü il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Qəbələ rayon uşaq incəsənət məktəbi şagirdlərinin hesabat xarakterli konserti keçirilib. Öncə Ulu öndərin və torpaqlarımız uğrunda qəhrəmancasına şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin direktoru Əhməd Qəndiyev çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamlamış, məktəbin fəaliyyəti barədə məlumat vermişdir. Daha sonra məktəbin şagirdlərindən ibarət xor kollektivinin, xalq çalğı alətləri ansamblının, fortepiano, xanəndəlik, xoreoqrafiya sinfinin şagirdlərinin ifasında müxtəlif janrlarda musiqilər səslənmiş, rəssamlıq sinfinin şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir.

 

Keçidlər