"Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin hamisidir” adlı bayram tədbiri keçirilib
14 mart 2024-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzi və GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Tədbiri mərkəzin direktoru Kəmalə Qasımova açaraq ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulamış, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolundan bəhs etmişdir. Digər çıxış edənlər tərəfindən milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.Tədbirdə şagirdlərin ifasında şən mahnılar səsləndirilib, şeirlər söylənilib, milli rəqslər nümayiş etdirilib. Şənlik boyu Novruz adətləri icra edilib, maraqlı oyunlar, viktorinalar keçirilib. Sonda şagirdlərə "Tərifnamə"lər və hədiyyələr təqdim edilib.