“Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” adlı tədbir keçirilib
8 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov müstəqilliyimizin, suverenliyimizin daha da möhkəmlənməsi və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda qətiyyətlə mübarizə aparılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı müstəsna xidmətlərindən bəhs edərək, siyasi müdrikliyi, məqsədyönlü siyasi strategiyası ilə dövlətimizin gələcək inkişafının uğurlu bünövrəsini qoyduğunu bildirib. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının, müstəqil dövlət quruculuğu prosesinin həyata keçirilməsində azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin gücləndirilməsinin həlledici rol oynadığını vurğulayıblar. Sonda partiya sıralarına yeni qəbul olunan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib və Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.