“Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib
06 may 2021-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirildi. Ümümmilli Liderin büstü önünə gül dəstələri qoyularaq dəyirmi masa ətrafında davam etdirilən tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Ümummilli Liderin Azərbaycan mədəniyyətinin inkişafındakı rolundan söz açmış, xalqın böyük sərvəti hesab edilən mədəniyyətimizin bugünkü inkişafı üçün xalqımızın ulu öndərimizə borclu olduğunu qeyd etmişlər. O da vurğulanmışdır ki, görkəmli dövlət xadimi Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onlara daim qayğı göstərirdi. Dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu da ölkəmizdə mədəniyyətin tərəqqisi üçün yeni stimul yaradır. Sonda Ulu öndərə həsr olunmuş sənədli filmə baxış keçirilmişdir.