Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

07 may 2024 | 17:44

07 May 2024-cü il tarixdə Qəbələ Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Qəbələ rayon İcra Hakimiyyətinin, Qəbələ regional "ASAN" xidmət mərkəzinin, rayon mədəniyyət müəssisələrinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qəbələ bölməsinin nümayəndələrinin və məktəblilərin iştirak etdiyi tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşməsində, tolerantlıq və multikulturalizm ənənələrinin yüksək qiymətləndirilməsində və milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanmasında böyük xidmətləri olduğunu bildirmişlər.  Sonra tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş və vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, məktəblilərin ifasında Ümummilli Liderə həsr edilən şeirlər və mahnılar səsləndirilmiş, rəqslər nümayiş etdirilmişdir.

Keçidlər