Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ilinə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

29 aprel 2025 | 09:45

Qəbələ şəhər 1 nömrəli tam orta məktəbdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Azərbaycan Yazıçılar Birliyinin Zaqatala  regional bölməsinin və Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qalibləri mükafatlandırılma tədbiri keçirilmişdir. Tədbirdə Ulu Öndər  Heydər Əliyev və vətən uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri diqqətə çatdıraraq, dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğunu vurğulamış, bu cür müsabiqələrin keçirilməsinin gənc nəsilllər üçün çox əhəmiyyətli olduğunu qeyd etmişlər. Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuş, şagirdlərin ifasında milli rəqslərimiz təqdim edilmiş və ədəbi-bədii kompozisiyalar səsləndirilmişdir. Sonda  müsabiqə qaliblərinə  Azərbaycan Yazıçılar Birliyinin Zaqatala Bölməsinin təsis etdiyi “Diplom” və Yeni Azərbaycan Partiyasının Qəbələ Rayon Təşkilatı tərəfindən hədiyyələr təqdim edilmişdir.

Keçidlər